Sənaye inkişafı istiqrazı

Industrial development bond Yerli icra hakimiyyəti tərəfindən müxtəlif sənaye obyektlərinin tikintisinin maliyyələşdirilməsi məqsədilə buraxılan istiqrazlardır. Sonradan bu obyektlər icarəyə verilir və istiqrazlar üzrə ödənişlər həmin obyektlərin fəaliyyəti nəticəsində büdcəyə daxil olan ödənişlərdən və ya icarə haqlarından tutularaq ödənilir.
Səmərəli bazar hipotezi
Sərbəst dövriyyədə olan səhmlər
OBASTAN VİKİ
Dövlət istiqrazı
İnkişaf istiqrazı
İnkişaf istiqrazı (İnkişaf Təsir İstiqrazları (İİB)) — Sosial Təsir İstiqrazlarından (SİB) sonra modelləşdirilmiş, aşağı resurslu ölkələrdə inkişaf proqramlarını maliyyələşdirmək üçün nəzərdə tutulmuş təsirə əsaslanan investisiya vasitəsidir. Ümumiyyətlə, model eyni işləyir: investor proqramın icraçısını əvvəlcədən maliyyələşdirir, qiymətləndirici icraçının proqramının nəticələrini ölçür. Əgər bu nəticələr icra müddətindən əvvəl qarşıya qoyulmuş hədəfə çatarsa, nəticənin ödəyicisi investorlara öz kapitalından gəlir gətirə bilər. Həmçinin investorların sadəcə olaraq güzəştli kreditləşdirmə ilə məşğul olmamasını təmin edir. İlk Sosial Təsir İstiqrazı 2010-cu ildə Sosial Maliyyə Böyük Britaniya tərəfindən Peterboro Həbsxanasında məhbuslar arasında təkrar cinayəti azaltmaq üçün yaradılmış Rokfeller Fondunun dəstəyi ilə yaradılmışdır. SİB modelinə əsaslanaraq, İİB ümumi inkişaf məqsədi ilə razılaşan özəl investorlar və donorlar və ya hökumətlər arasında müqavilə yaradır. İnvestorlar maliyyə gəlirləri sübut edilmiş inkişaf məqsədləri ilə əlaqəli olan fondun inkişaf proqramlarını təşviq edirlər.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. == Neft sənayesi == Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı
Birləşmiş Millətlərin Təşkilatı Sənaye İnkişafı Təşkilatı (UNIDO) (ing. United Nations İndustrial Development Organization) — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi. 1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014 == UNIDO-nun rəsmi məqsədləri == UNIDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. UNIDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il). Rusiyada (Moskva) UNIDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. UNIDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir. == İcraedici başçılar == == Mənbə == Böyük İqtisadi Ensiklopeiya Bakı 2012.
Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı
Birləşmiş Millətlərin Təşkilatı Sənaye İnkişafı Təşkilatı (UNIDO) (ing. United Nations İndustrial Development Organization) — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi. 1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014 == UNIDO-nun rəsmi məqsədləri == UNIDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. UNIDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il). Rusiyada (Moskva) UNIDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. UNIDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir. == İcraedici başçılar == == Mənbə == Böyük İqtisadi Ensiklopeiya Bakı 2012.
Sənaye və İnfrakstruktur İnkişafı Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Sənaye və İnfrakstruktur İnkişafı Nazirliyi (qaz. Қазақстан Республикасы Индустрия және инфрақұрылымдық даму министрлігі) — Qazaxıstan Respublikasının mərkəzi icra orqanı. == Tarixi == Nazirlik, Qazaxıstan Respublikası Prezidentinin 06.08.2014-cü il tarixli 875 saylı fərmanına uyğun olaraq funksiya və səlahiyyətlərin ona verilməsi ilə yaradıldı: Elektrik enerjisi, atom enerjisi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində funksiya və səlahiyyətlər istisna olmaqla, Qazaxıstan Respublikası Sənaye və Yeni Texnologiyalar Nazirliyi; Arxiv işləri və sənədləşdirmə sahəsində funksiya və səlahiyyətlər istisna olmaqla, Qazaxıstan Respublikasının Rabitə və İnformasiya Agentliyi; sənaye təhlükəsizliyi sahəsində - Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyindən; Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi; Qazaxıstan Respublikasının Milli Kosmik Agentliyi. Əset İsekeşev, Qazaxıstan Respublikası Baş nazirinin müavini - Qazaxıstan Respublikası Sənaye və Yeni Texnologiyalar naziri vəzifəsindən azad edilərək, yeni departamentin naziri təyin edildi. 26 dekabr 2018-ci il tarixində Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyi Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi olaraq yenidən təşkil edildi. İnvestisiyaların cəlb edilməsinə dair dövlət siyasətinin formalaşdırılması sahəsindəki funksiya və səlahiyyətlər Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinə, investisiyaların cəlb edilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi sahəsində funksiyalar və səlahiyyətlər Xarici İşlər Nazirliyinə verilmişdir Qazaxıstan Respublikasının işləri. İnvestisiya Komitəsi Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin səlahiyyətinə verildi. 12 mart 2010-cu il tarixində Enerji və Mineral Ehtiyatlar Nazirliyindən elektrik enerjisi, dağ-mədən və nüvə sənayesindəki funksiyaları ilə qeyri-neft sektoruna nəzarət etmək üçün Sənaye və Yeni Texnologiyalar Nazirliyinə çevrildi. 6 avqust 2014-cü il tarixində Nəqliyyat və Rabitə Nazirliyinin, Milli Kosmik Agentliyin, Rabitə və İnformasiya Agentliyinin funksiyaları İnvestisiya və İnkişaf Nazirliyi olan bir quruma verildi. 26 dekabr 2018-ci il tarixində, funksiyaları Milli İqtisadiyyat Nazirliyinə və Daxili İşlər Nazirliyinə verildikdən sonra Nazirlik Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi olaraq yenidən təşkil edildi.
Həşəratın inkişafı
Həşəratın inkişafı — Həşəratın inkişafı bir neçə mərhələdə gedir. == Yumurta mərhələsi == Həşəratın böyük əksəriyyəti yumurta qoymaqla çoxalır. Rüşeymin və sürfənin inkişafı xarici mühitdə gedir. Bəzən elə olur ki, embirional inkişaf dişi fərdin bədənində gedir və sürfə doğulur. Yumurta hüceyrəsində yumurta sarısında vardır. Bu, rüşeymin qidalanmasında və inkişafında mühüm əhəmiyyətə malikdir. Həşərat yumurta qoyduqdan sonra yumurtanın embrional inkişafı başlayır. Yumurtanın bölünməsi ilə yeni qız nüvələri əmələ gəlir. Çoxlu qız nüvələri nəticəsində blastoderma adlanan bütov hüceyrə qatı əmələ gəlir. Həşəratın yumurtası qidalı maddələrlə, yəni sarılıqla çox zəngindir və ona görədə nüvənin bölünməsi səthi gedir.
İnsanın inkişafı
İnsanın inkişafı — insan orqanizminin inkişafı və yetkinləşməsi prosesində onun strukturunda (morfologiyasında) və fəaliyyətində baş verən dəyişikliklər. Digər orqanizmlərdə olduğu kimi, bura embrion (döl) inkişafı - mayalanmadan doğuşa qədər və post-embrional inkişaf daxildir . Bəzən insan inkişafı çərçivəsində yalnız postembrional inkişaf nəzərdə tutulur . İnsanın inkişafı qeyri-bərabər şəkildə baş verir, o, tədricən kəmiyyət dəyişikliklərinin və keyfiyyət sıçrayışlarının uzun dövrlərini əhatə edir. İnkişaf prosesində morfoloji və funksional dəyişikliklər bir-birinə bağlıdır: yeni funksiyaların formalaşmasının əsasında müxtəlif orqanların strukturunda yaranan ağırlaşmalar dayanır. Fərqli bədən sistemləri eyni vaxtda olmayan və fərqli sürətlə inkişaf edir (heteroxroniya). == İnkişaf dövrləri == Tibbi baxımdan yaş dövrləşdirilməsi orqanizmin yaşa uyğun anatomik və fizioloji xüsusiyyətlərinə əsaslanır. Uşaqlığın dövrləşdirilməsi üçün uşağa qulluq və tərbiyənin xüsusiyyətləri ilə əlaqəli ətraf mühit şəraitinə uyğunlaşma dərəcəsi nəzərə alınır. Aşağıdakı şərti bioloji yaş dövrləri ayırd edilir : === Uşaqlarda yaş dövrləri === Çağalıq dövrü (neonatal dövr) — ilk 4 həftə Südəmərlik dövrü: 4 həftədən 1 yaşa qədər. Bu zaman uşağın bədəni aktiv şəkildə inkişaf edir, ölçüsü 1,5-2 dəfə artır və eyni zamanda bədən çəkisi də artır.
Dil inkişafı
Dil inkişafı — insanların dil qabiliyyətlərini və bacarıqlarını qazanma, inkişaf etdirmə və təkmilləşdirmə prosesi. Bu proses uşaqlıq dövründən başlayır və ömrün müxtəlif mərhələlərində davam edir. Dil inkişafı müxtəlif komponentləri, o cümlədən dinləmə, danışma, oxuma və yazma bacarıqları, habelə qrammatika, leksika və ünsiyyət strategiyalarını öyrənməyi əhatə edir. Bu inkişaf həm təbii yolla, həm də şüurlu öyrənmə vasitəsilə baş verir. == Dil İnkişafının Mərhələləri == Dil inkişafı uşaqların doğuşdan etibarən mərhələli şəkildə dil bacarıqlarını əldə etməsini ifadə edir. === Körpəlik dövrü (0–12 ay) === İlk aylarda körpələr əsasən səslərə və insan nitqinə reaksiya verir. 6–8 ayda körpələr "cəfəngiyat mərhələsi"nə (babbling) keçirlər. Bu dövrdə "ba", "da" kimi təsadüfi səslər çıxarırlar və səsləri təkrar edirlər. 9–12 ay arası körpələr artıq səsləri müəyyən mənalı sözlərlə əlaqələndirməyə başlayırlar və ilk sözlərini deyə bilirlər. === Erkən uşaqlıq dövrü (12–24 ay) === Bu dövrdə uşaqlar daha çox söz öyrənir və sadə cümlələr qurmağa başlayırlar.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. == Sənayenin inkişafı == Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. == Sənaye İnqilabının tərifi == Son 3 əsrdəki insanlıq tarixinin ən əsas inkişafı, sənaye inqilabı idi. Bu inqilab adi bir tarixi hadisə deyil. Hələ də müasir dünyanı formalaşdırmaqda davam edən bir prosesdir. Ən qədim sənaye cəmiyyətləri(ingilis,fransız) belə, bu prosesin misal üçün, ailə münasibətlərinə və ətraf mühitə olan təsirlərinə hələ də uyğunlaşmağa çalışırlar. Bu fenomen təxminən 250 il əvvəl ortaya çıxdı və dünyanı dəyişdirdi. Əmtəə istehsal etmək üçün yeni üsullara və sistemə fokuslaşan sənayeləşmə, insanların yaşadığı yerləri, davranışlarını, siyasi məsələlərə baxış bucaqlarını, hətta birçox tarixçinin iddia etdiyi kimi cinsi əlaqədə olma stillərini belə dəyişdirdi. Sənaye inqilabı elə başlanğıcdan etibarən qlobal bir prosesdi. Sənaye inqilabı qlobal iqtisadi münasibətlərdə meydana gələn dəyişikliklərdən qaynaqlandı, sonra bu əlaqələri daha fərqli olaraq yenidən təsvir etməyə başladı və bunu etməyə hələ də davam edir.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. == Faydaları == Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. ==== Funksiyaları ==== Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. ==== Quruluşu ==== Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. == Xüsusiyyətlər == "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. == Yağların xassələri == Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. == İstinadlar == == Xarici keçidlər == Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Sənaye İnqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. == Sənaye İnqilabının tərifi == Son 3 əsrdəki insanlıq tarixinin ən əsas inkişafı, sənaye inqilabı idi. Bu inqilab adi bir tarixi hadisə deyil. Hələ də müasir dünyanı formalaşdırmaqda davam edən bir prosesdir. Ən qədim sənaye cəmiyyətləri(ingilis,fransız) belə, bu prosesin misal üçün, ailə münasibətlərinə və ətraf mühitə olan təsirlərinə hələ də uyğunlaşmağa çalışırlar. Bu fenomen təxminən 250 il əvvəl ortaya çıxdı və dünyanı dəyişdirdi. Əmtəə istehsal etmək üçün yeni üsullara və sistemə fokuslaşan sənayeləşmə, insanların yaşadığı yerləri, davranışlarını, siyasi məsələlərə baxış bucaqlarını, hətta birçox tarixçinin iddia etdiyi kimi cinsi əlaqədə olma stillərini belə dəyişdirdi. Sənaye inqilabı elə başlanğıcdan etibarən qlobal bir prosesdi. Sənaye inqilabı qlobal iqtisadi münasibətlərdə meydana gələn dəyişikliklərdən qaynaqlandı, sonra bu əlaqələri daha fərqli olaraq yenidən təsvir etməyə başladı və bunu etməyə hələ də davam edir.
Medianın İnkişafı Agentliyi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. == Haqqında == Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. === Fəaliyyət istiqamətləri === Müvafiq sahənin inkişafını təmin etmək; Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Psixologiyanın filogenezdə inkişafı
Psixologiyanın filogenezdə inkişafı – Filogenez təkamül zamanı müxtəlif tip orqanizmlərin heyvan davranış və psixikasının yaranmasıdır. Filogenez həm də bütün tarix boyunca insanın psixikasının yaranması və inkişafı kimi xarakterizə olunur. Filogenezi heyvanın psixikasının evolusiyası və şüurun inkişaf tarixi olmaqla iki bölməyə bölmək olar. Filogenezin təməli (konsepsiyası) embrionologiyanın, fiziologiyanın, genetikanın və müqaisəli anatomiyanbın əsasında qurulur. Adaptasiyanın yaranması da filogenezdəki tədqiqatların daxilinə aiddir. İnsanin evolusiyası zamanı onun psixikasının dəyişməsini evolusiyanın bəpaeüdilməzliyi vəözünü tənzimi ilə xarakterizə etmək olar. Bu termin 1866-cı ildə E. Hekkel tərəfindən elmə gətirilmişdir. Rusiyada isə psixologiyanın filogenezində psixikanın inkişafı ilə A. N. Leontiyev məşğul olmuşdur. O, evolusiya prosesi zamanı psixikanın inkişaf blokunun əsnasında sensor psixikanı, intellekti, şüuru, perspektiv psixikanı ayırmışdır. Filogenezi həm də L. S. Viqotski tədqiq edərək ümumi tarixi mərhələdə onun insan psixikasının inkişafına spesifik təsirini göstərmişdir.
Relyefin alçalan inkişafı
Relyefin alçalan inkişafı (rus. нисходящее развитие рельефа, ing. descending evolution of relief) — denudasiya proseslərinin tektonik qalxmadan üstün olduğu şəraitdə baş verir. Relyefin alçalan inkişafı üçün mütləq və nisbi yüksəkliyin azalması, yamacların hamarlanması və peneplenin əmələ gəlməsi səciyyəvidir.
İnsan inkişafı indeksi
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır). Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir.